Azərbaycanda pandemiyanın pik həddə artıq arxada qaldımı?
Aprelin birinci ongünlüyündə Azərbaycanda koronovirusa yoluxanların sayı 100 nəfərdən artıq idisə, son günlər bu rəqəm yarıbayarı azalıb.Virusdan ölənlərin sayında da elə bir ciddi artım yoxdur. Azərbaycanda pandemiyanın pik həddə arxada qaldımı? Aprelin 20-dən sonra xüsusi karantin rejimi yumşaldılacaqmı? Bütün bu sualları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin(TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksion xəstəliklər üzrə həkim Vasif Əliyev cavablandırır:
- Azərbaycanda xüsusi karantin rejiminin başa çatmasına 4 gün qalıb. Sizcə, biz ölkə olaraq karantindən necə çıxmalıyıq?
- Azərbaycanda vəziyyət stabildir. Bizdə silsiləli artım müşahidə olunmur. Bir ara 104, 105 yoluxma halı oldu. Sonradan isə 50,60,40 civarında yoluxma halı davam etdi. Mən hesab edirəm ki, aprelin 20-dən sonra karantindən çıxmaq tez ola bilər. Bu məsələ Operativ Qərargahla da dəqiqləşdiriləcək. Ola bilər ki, müddət uzadılsın. Çünki bu dəqiqə karantindən çıxmaq yoluxma hallarının da olduğunu nəzərə alanda fikrimcə, tezdir. Belə olsa, təkrar ikinci bir dalğanı yaşaya bilərik. Bu vaxtı ən azı ayın sonuna kimi uzadıb gedişata görə qərar vermək lazımdır. Ani, düşünmədən addım atmaq sonradan bizə baha başa gələr.
- Qaydalar üzərində işlənilir. Amma bu qaydaları dövlətə təqdim etmədən danışmaq hələ tezdir. Bu qaydalar tam işləndikdən və dövlət tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə açıqlana bilər.
- Bu sahənin mütəxəssisi kimi, necə hesab edirsiniz, karantin qaydaları nə zamandan sonra yumşaldılmalıdır?
- Yoluxma hallarının təkcə bizdə yox, eyni zamanda, dünyada da gedişatına baxmaq lazımdır. Yəni xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyətinin zəifləməsi kimi hallara baxılmalıdır. Təbii ki bu, bir çox səbəblərdən asılıdır. Məsələ havaların istiləşməsi ilə bağlı deyil. Görsək ki, yoluxma hallarında azalma var və xəstəliyi keçirən insanlar daha yüngül formada bunu keçirirlər və belə vəziyyət dünya ölkələrində də baş verir, o zaman qaydalar mütəmadi şəkildə yüngülləşdirilə bilər.
- Belə fikir səsləndirilir ki, 1 il ərzində bu virus məsələsi gündəmdə olacaq. Bu nə dərəcədə əsaslıdır?
- Bunlar xəstəliyin gedişatına bağlı olan məqamlardır. Heç kim bilmir ki, xəstəlik bundan sonra hansı formada seyr ediləcək və ya nə zaman bitəcək. Bu sadəcə təxminlərdir. Çünki hər bir ölkə keçirmiş olduğu pandemiyanı təkrar ikinci bir dalğa ilə də keçirə bilər. Yoluxmayan insanlarda da bir qığılcım yarana bilər. Yəqin ilin sonuna kimi bəzi məhdudiyyətlər ola bilər. Bu da dediyim kimi, xəstəliyin gedişatına bağlıdır. Xəstəlik yüngül formaya keçərsə ictimai iaşə obyektlərinə və insanların kütləvi toplandığı yerlərə, ictimai nəqliyyata bəzi məhdudiyyətlər qoyula bilər.
- Bizimlə qonşu olan ölkələrdə vəziyyət ürəkaçan deyil. Məsələyə yəqin bu kontekstdən də baxılmalıdır...
- Amerikadakı, Avropadakı vəziyyəti görürsünüz. İranda proses davam edir. Türkiyə hələ deyərdim ki, xəstəliyin pik nöqtəsini keçməyib. Orada, eləcə də İranda hər gün 90-100 civarında insan vəfat edir. Hələ ki belə aktiv bir vəziyyət olduğu halda, karantin rejiminin bitməsi ilə bağlı vəziyyət düşünürəm ki, doğru deyil. Yəqin ki, karantin rejiminin uzadılması daha məntiqli olar.
- Son olaraq, bizdə bu xəstəliyin pik həddinin gəlib keçdiyini demək olarmı?
- Ola bilər ki, 104, 105 nəfərin yoluxması halı olanda pik səviyyəsinə doğru keçdiyimizi deyə bilərdik. Amma yenə də bunu konkret demək olmaz. Çünki bunu həftələrlə müşahidə etmək lazımdır. Aprelin sonuna kimi tam fərqli gedişat ola bilər. Ola bilər may ayında tam fərqli gedişat olsun. Əgər yoluxma artmağa doğru gedərsə, pik səviyyəsinin hələ də irəlidə olduğunu düşünmək olar. Hələ ki, konkret pik səviyyəsini keçib keçməməyimizlə bağlı bir şey demək olmaz.
İlham Əliyev Aydın Kərimovu videoformatda qəbul edib
Bayden üç türk qadına vəzifə verdi
Sabah Bakıda 9° isti olacaq
Orta məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi
Tağı Əhmədov xəstəxanadan evə buraxılıb: Ayaqları tutulmuşdu
Yoluxma aşkarlanan məktəblər distant təhsilə keçəcək
“Keşikçidağ” qoruğuna yol çəkilir
Azərbaycanda ötən il 3,5 tondan çox qızıl filizi istehsal edilib
“MV Mozart” gəmisinə hücum zamanı öldürülən azərbaycanlı mühəndisin nəşi Bakıya gətirilib
Bakıda keçiriləcək daha bir dünya kuboku yarışları ləğv olundu
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Azərbaycan nefti 56,36 dollara satılır
Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndi -VİDEO
Ali Rada 2021-ci ildə ölkədə NATO təlimlərinin keçirilməsinə icazə verdi
Yunanıstanlı Despina Tsovilis AŞ PA-nın yeni baş katibi seçilib
Vladimir Putin Co Baydeni prezident seçilməsi münasibətilə təbrik etdi
ABŞ-ın yeni dövlət katibi məlum oldu
Türkiyədə koronavirusdan daha 134 nəfər öldü
Gürcüstanın xarici işlər naziri koronavirusa yoluxub
Bakıda daha bir qadın intihar etdi: Özünü 6-cı mərtəbədən atdı
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
İranın xarici işlər naziri Moskvadan Yerevana gəlib
10 manatlıq şirkət "Aztelekom” un milyonluq tenderinin qalibidir
Rusiya və İran Qarabağ məsələsini müzakirə edəcəklər