logo

Şəmkirdə ağır avtoqəza: 2 nəfər öldü

23:15 13-04-2020 | icon 3752
Şəmkirdə ağır avtoqəza: 2 nəfər öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki,  hadisə Bakı-Qazax magistral yolun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Niva" ilə ağır tonajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbsov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb. 

Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbin direktorudur.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.