BMT baş katibi dini liderləri COVID-19-a qarşı birgə mübarizəyə çağırıb
BMT-nin baş katibi Antonio Quterreş bütün dini konfesiyyaların liderlərinə müraciət edərək onları dünyada sülhə nail olmaq və əsas diqqəti COVID-19 pandemiyasını məğlub etmək naminə ümumi mübarizəyə yönəltmək üçün səyləri birləşdirməyə çağırıb.
YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat yerləşdirilib. Həmin müraciəti təqdim edirik:
“Bu gün bütün dini konfesiyyaların liderlərinə müraciət edərək dünyada sülhə nail olmaq və əsas diqqəti COVID-19-u məğlub etmək naminə ümumi mübarizəmizə yönəltmək üçün səylərimizi birləşdirməyə çağırıram. Bunu dini təqvimdə qeyd olunacaq xüsusi günlərin ərəfəsində edirəm. Xristianlar Pasxanı bayram edirlər. Yəhudilər Pesax bayramını qeyd edirlər. Tezliklə müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlayacaq. Mən bu vacib məqamları qeyd edən hər kəsə ən xoş arzularımı bildirirəm.
Bu hadisələrin hər zaman birləşmə anları olduğunu bilirik. Ailələr bir araya gəlir. Qucaqlaşmalar, əlgörüşmələr və insanların toplaşması baş verir. Amma indi fərqli zamandır. Hamımız qəribə, sürreal dünyadan baş açmağa çalışırıq. Səssiz küçələr dünyası. Qapalı dükanlar. Boş qalmış ibadət yerləri. Narahatlıq dolu bir dünya. Biz sevdikılərimizdən narahatıq, onlar da bizdən.
Belə bir zamanda bayramı necə qeyd edə bilərik?
Gəlin hamımız bu müqəddəs bayramların mahiyyətindən ilhamlanaraq, onları düşünmək, xatırlamaq və yenilənmək anları kimi yaşayaq. Bunları düşünərkən, bu dəhşətli virusa qarşı ön cəbhədə mübarizə aparan qəhrəman tibb işçilərini və şəhər və qəsəbələrimizdə həyatın davam etməsi üçün çalışanları unutmayaq.
Gəlin dünyadakı həssas qrupların ən həssaslarını xatırlayaq: müharibə zonaları, qaçqın düşərgələri, xarabalıqlar və virusla mübarizə üçün ən az təchiz olunmuş yerlərdə yaşayan insanları. Gəlin bir-birimizə olan inamımızı yeniləyək və bir-birinə qayğı göstərmək üçün çətin zamanlarda müxtəlif dini etiqadların və etik ənənə icmalarının bir araya gəlməsindən yararlanaq.
Biz bu virusu birlikdə məğlub edə bilərik - əməkdaşlıq, həmrəylik və ümumbəşəri dəyərlərlə".
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır