logo

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 9000-ə yaxınlaşır

10:35 11-04-2020 | icon 2324
Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 9000-ə yaxınlaşır

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı son sutkada 980 nəfər artaraq 8958-ə çatıb. Bu göstərici bu günə qədər ki, rekord rəqəmdir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, səhiyyə naziri Mett Hankok keçirdiyi mətbuat konfransında insanları park və çimərliklərdən uzaq olmağa, evdə qalmağa çağırıb.

Baş nazir Boris Consonun sağlığı haqqında da məlumat verən nazir onun vəziyyətinin yaxşılaşdığını, xəstəxanada qısa gəzintilərə başladığını açıqlayıb.