logo

Mingəçevirdə “Mercedes”lə “KamAZ” toqquşdu, arada velosiperçi öldü

13:59 10-04-2020 | icon 3430
Mingəçevirdə “Mercedes”lə “KamAZ” toqquşdu, arada velosiperçi öldü

Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Mingəçevir şəhəri ərazisində şəhər sakini R.Səfərovun idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini H.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub, zərbədən H.Hüseynov idarəetməni itirərək yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Elman Abdulovu vurub. Nəticədə E.Abdulov və R.Səfərov xəstəxanaya yerləşdiriliblər, velosipedçi orada ölüb.

Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.