logo

Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır

17:20 08-04-2020 | icon 2023
Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır

Bu il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlılığı yoxlanılır, gündüz və gecə vaxtı hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları icra olunur.

Bundan əlavə, şəxsi heyət döyüş maşınlarının idarə olunması üzrə praktiki təlim tapşırıqlarını icra edir.