logo

Türkiyədə koronavirusdan  ölənlərin sayı 725-ə çatıb

19:44 07-04-2020 | icon 2485
Türkiyədə koronavirusdan  ölənlərin sayı 725-ə çatıb

Yeni növ koronavirus (COVID-19) pandemiyası Türkiyədə daha 76 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin sayı 725-ə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə nazir Fahrettin Koca virusla mübarizədə son vəziyyət barədə Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir diqqətə çatdırıb ki, aprelin 7-də ölkə üzrə 20 min 23 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 3892 nəfərdə infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 222 min 868 nəfərə çatıb. Onlardan 34 min 109 nəfəri müalicəyə cəlb olunub. Hazırda 1474 xəstə reanimasiyadadır. İndiyə qədər 1582 şəxsin müalicəsi uğurlu olub. Bu gün 256 nəfər tam sağalaraq xəstəxanalardan xaric olunub.

Məlum problemə dair proseslə bağı çoxistiqamətli araşdırmalar aparmaq məqsədilə Sosial Elmlər Komitəsinin qurulduğunu deyən nazir bir daha ölkə əhalisinə müraciətində bildirib ki, ünsiyyətdən qaçmaq, gediş-gəliş məhdudiyyətlərinə əməl etmək, məcburiyyət olmadıqda evdə qalmaq virusun yayılmasına qarşı ən düzgün mübarizədir. Məlum qadağalara əməl edən vətəndaşlar virusla mübarizəyə yaxından kömək göstərirlər.