logo

Builki “Caspian Oil and Gas” sərgi-konfransı da təxirə salındı

17:30 06-04-2020 | icon 2387
Builki “Caspian Oil and Gas” sərgi-konfransı da təxirə salındı

Cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas”) sərgi-konfransının, eləcə də Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power”) sərgisinin vaxtı dəyişdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkətindən bildirilib.Qeyd edilib ki, dünyada COVID-19 virusunun yayılması ilə əlaqədar şirkət “Caspian Oil and Gas” və “Caspian Power” sərgilərinin gələn il iyunun 1-3-də, “Caspian Oil & Gas Conference”nin isə 2021-ci il iyunun 2-3-də təşkil olunmasını qərarlaşdırıb.