logo

Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu-say 590 oldu

17:05 06-04-2020 | icon 364
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu-say 590 oldu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 57 yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahından məlumat verilib.

Məlumatda bildirilir ki, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 12 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər həyatını itirib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.