logo

AFFA Di Françeskonun millimizə namizədliyinə münasibət bildirib

12:52 06-04-2020 | icon 2800
AFFA Di Françeskonun millimizə namizədliyinə münasibət bildirib

"Azərbaycan milli komandasında baş məşqçi məsələsi ilə bağlı hər hansı yenilik yoxdur".

YeniAvropa xəbər verir ki, bu fikri AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla mətbuatda yayılan italiyalı mütəxəssis Eusebio Di Françeskonun Azərbaycan yığmasına baş məşqçi postuna namizəd olması məsələsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Eusebio Di Françeskonun Azərbaycan millisindən təklif alması barədə xəbəri ilk olaraq Türkiyənin "Fotospor" nəşri yazıb.

 AFFA rəsmisi isə nəinki Di Françesko, heç bir namizədlə bağlı yeniliyin olmadığını vurğulayıb.

Xatırladaq ki, İtaliyanın müxtəlif komandalarında çalışmış Di Françesko 2017-ci ildə "Roma"nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Hazırda Di Françesko ilə Türkiyənin "Fənərbağça" klubu da ciddi maraqlanır.

Yeri gəlmişkən, bundan əvvəl italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olması barədə xəbərlər yayılıb.