logo

Milli Məclis Elman Rüstəmovun səlahiyyət müddətini artırır

12:17 06-04-2020 | icon 2352
Milli Məclis Elman Rüstəmovun səlahiyyət müddətini artırır

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

YeniAvropa xəbər verir ki, deputatların müzakirəsinə çıxarılacaq  məsələlər aşağıdakılar olacaq: 

1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;

2. Elman Sirac oğlu Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;

3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);

4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);

5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).

6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş).

Xatırladaq ki, Elman Rüstəmovu 25 ildir  ki, Azərbaycan Mərkəzi Bankına rəhbərlik edir. O, sonuncu dəfə bu vəzifəyə 3 aprel 2015-ci il tarixində Milli Məclis tərəfindən təyin edilib. Bu həftə onun 5 illik müddəti tamam olub.