logo

Gəncədə keçmiş ər benzin töküb arvadını yandırdı

18:55 05-04-2020 | icon 2149
Gəncədə keçmiş ər benzin töküb arvadını yandırdı

Ötən gün, aprelin 4-də axşam saatlarında Gəncə şəhər H.B.Zərrabi küçəsi 631 ünvanındakı ata evində yaşayan 34 yaşlı Könül Abbasova keçmiş həyat yoldaşı Simon Abbasov tərəfindən od vurularaq yandırılıb. 

 YeniAvropa xəbər verir ki, buna tərəflər arasında yaranmış mübahisə səbəb olub. Belə ki, uzun müddətdən bəri, ayrı yaşayan tərəflər arasında boşanma üstündə mübahisə yaranıb. Bu zaman S.Abbasov evdən çıxıb və bir müddət sonra geri qayıdaraq özü ilə plastik qabda gətirdiyi benzini K.Abbasovun üzərinə tökərək ona od vurub. Qadının yaxınları onun paltarını söndürməyə müvəffəq olublar. Müxtəlif nahiyələrindən yanıq xəsarətləri alan K.Abbasova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda həkimlər qadının vəziyyəti kafi olaraq qiymətləndirirlər.

S.Abbasov hadisəni törətdikdən sonra qaçıb. Onun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam edir.