logo

"AZAL" İstanbul və Londondan 175 Azərbaycan vətəndaşnı gətiridi

17:10 03-04-2020 | icon 2065
"AZAL" İstanbul və Londondan 175 Azərbaycan vətəndaşnı gətiridi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib.

QSC-dən YeniAvropa-ya bildirilib ki, həmin reyslə Bakıya 106 Azərbaycan vətəndaşı çatdırılıb.

Eyni zamanda, bu gün səhər saatlarında aviaşirkətin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.

Xatırladaq ki,  dünən axşam Moskvadan (Vnukovo hava limanı) uçuş yerinə yetirən "AZAL"ın təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təyyarədə 123 sərnişin olub.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.