logo

Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib

13:51 02-04-2020 | icon 2100
Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib

Azərbaycanda tibbi maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq. Belə ki, respublikamıza tibbi maska istehsalı üçün xammal gətirilib. Yaxın günlərdə bakterioloji, nano və cərrahi maskaların istehsalına başlanılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə  Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

Onun sözlərinə görə, günə 200 min maska istehsal olunacaq: “Artıq avadanlıqlar quraşdırılıb və prosesə aprelin əvvəlindən başlanılacaq”.