logo

Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağır

13:55 30-03-2020 | icon 2121
Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 30-u gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, düşən yağıntının miqdarı Naxçıvanda 15, Sədərəkdə 11, Balakəndə 9 , Sarıbaşda (Qax) 8, Zaqatalada 7, Şərur, Şahbuz, Ordubadda 6, Qəbələ, Ağdərədə (Ordubad) 4, Kişçay (Şəki), Şəmkir, Gədəbəy, Göygöldə 3, Lerik, Daşkəsən, Xınalıq, Gəncədə 2, Şəki, Şamaxı, Mərəzə, Quba, Xaltan, Tərtər, Bərdə, Beyləqan, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Şahdağ, Tovuz, Ağstafa, Naftalanda 1, Bakıda 3, Zabrat, Maştağada 2 millimetr təşkil edib.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Lerik, Sarıbaş, Balakən, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub.

Havanın temperaturu iqlim normasından 3.4° yuxarıdır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək, Aran rayonlarında 12-18°, dağlıq rayonlarda 6°-dək, Naxçıvan Muxtar Respublikasında 8-14° isti qeydə alınıb.