logo

Son sutka ərzində dünyada koronavirusa 63 min insan yoluxub

12:14 30-03-2020 | icon 2471
Son sutka ərzində dünyada koronavirusa 63 min insan yoluxub

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, son 24 saatda dünyada 63 min nəfər koronavirus infeksiyasına yoluxub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu günə qədər dünyada koronavirusa yoluxanların sayı 638 min 146 nəfərdir.Ümumilikdə isə 30 min 105 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Xatırladaq ki, ABŞ dünya üzrə COVID-19 virusundan əziyyət çəkən ölkələr sırasında birinci yeri tutub. Bu ölkədə 124 min yoluxma və 2 min ölüm halları qeydə alınıb. Bu göstərici ilə ABŞ Çində virusun törətdiyi fəsadları üstələyib.

Məlumata görə, İtaliyada 92 min 472 yoluxma, 10 min 800 ölüm, İspaniyada isə 78 min 797 yoluxma və 6 min 528 ölüm halı qeydə alınıb.