logo

Milli Məclisin növbəti plenar iclası keçirilir

10:58 30-03-2020 | icon 2170
Milli Məclisin növbəti plenar iclası keçirilir

Martın 30-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

YeniAvropa xəbər verir ki, iclası Milli Məclisin sədri Sahibə Qafarova açaraq gündəliyi təqdim edib.

Gündəliyə 16 məsələ daxildir.

İclasda "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-nə dək müddətli həqiqi hərbi xidmətə çağırışı" haqqında qanun layihəsi, "Tibbi sığorta haqqında" qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanuna dəyişiklik, Azərbaycan Respublikası Milli Məclisinin daxili nizamnaməsində dəyişiklik və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması koronavirus infeksiyası ilə əlaqədardır. Layihədə bu müddətin mayın 31-dək uzadılması təklif edilir.

Qeyd edək ki, yaşı 65-dən yuxarı olan millət vəkilləri iclasda iştirak etməyəcəklər.