logo

Yol Polisi avtomobil sahiblərinə yenidən müraciət etdi

12:57 29-03-2020 | icon 1967
Yol Polisi avtomobil sahiblərinə yenidən müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə yenidən müraciət edib.

İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov YeniAvropa-ya  bildirib ki, idarə edilən nəqliyyat vasitələrinin sürücülərinə kameralar vasitəsilə inzibati tənbeh tədbirləri tətbiq olunacaq. Ötən gün ərzində Bakı şəhər ərazisində idarə edilən nəqliyyat vasitələri ilə bağlı vətəndaşlara müraciət olunub. Müraciətdə bildirildi ki, şəxsi avtomobillərdən mümkün qədər istifadə etməyin, xüsusi ilə də rayon qeydiyyatında olan dövlət nömrə nişanlı avtomobillərin idarə olunması məqsədə müvafiq deyil.

V.Əsədov qeyd edib ki, bu gün istirahət günü olsa da, Bakı şəhər ərazisində aparılan araşdırmalar deməyə əsas verir ki, hələ də karantin tələblərinin pozulması bəzi sürücülər tərəfindən səhlənkarlığa yol verilir və avtomobillər idarə olunur. Ona görə bir daha paytaxt sakinlərinə, avtomobil sahiblərinə, sürücülərə müraciət edirik.

Bildiririk ki, karantin tələblərinin pozulması ilə bağlı inzibati tənbeh tədbirlərinin Bakı şəhər üzrə görülməsinə start verilir. Belə ki, kameralar vasitəsi ilə nəqliyyat vasitələrinin sürücülərinə inzibati tənbeh tədbirləri tətbiq ediləcək. Deməli bir daha sürücülər və avtomobil sahibləri bilməlidirlər ki, paytaxt ərazisində yalnız kommunal təyinatlı, qəza-bərpa və ya tikinti işlərində istifadə edilən nəqliyyat vasitələri və digər avtomobillər idarə edilməlidir.

Eyni zamanda, hər kəsi yenidən “Evdə qal” kompaniyasına qoşulmağa dəvət edirik. Bir daha yadınıza salırıq ki, “Evdə qal” kompaniyasına qoşulmaq Bakı şəhər ərazisində yol-nəqliyyat hadisələrinin sayının aşağı düşməsinə, eləcə də yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına təsir göstərir. Ayrıca da hazırda paytaxt ərazisində idarə edilən kommunal təyinatlı və yaxud dezinfeksiya işləri ilə məşğul olan epidemiya sahəsində olan şəxslərin də sərbəst hərəkətinə şərait yaradılır. Ona görə də sürücülər, avtomobil sahibləri karantin tələblərini düzgün yerinə yetirməyə çalışsınlar.

Beləliklə də həmin şəxslər özlərini, həm ailə üzvlərini, həm də digər şəxslərin sağlamlığının qayğısına qalmış olurlar.