logo

İranın sabiq prezidenti də koronavirusa yoluxdu

10:58 29-03-2020 | icon 2401
İranın sabiq prezidenti də koronavirusa yoluxdu

İran İslam Respublikasının sabiq prezidenti Məhəmməd Xatəmi də koronavirusa yoluxub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, 76 yaşlı Məhəmməd Xatəmi paytaxt Tehrandakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun durumu barədə hələlik hər hansı bir rəsmi məlumat verilməyib.

Xatırladaq ki, Qeyd edək ki, hakimiyyətdaxili islahatçı xəttin lideri sayılan Məhəmməd Xatəmi 1943-c il sentyabrın 23-də İranın Yəzd əyalətinin Ərdəkan şəhərində doğulub. O, İran İslam Respublikasının 5-ci prezidentidir və iki dəfə prezident seçilib. 1997-ci ildəт 2005-ci ilədək İranın prezidenti olub. 

Martın 28-nə olan son məlumata əsasən, İranda koronavirusa yoluxanların sayı 35 min 408, ölənlərin sayı isə 2 min 517 nəfərə çatıb.