logo

Ölkədaxili qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

19:49 27-03-2020 | icon 2002
Ölkədaxili qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır.

 YeniAvropa xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı aprelin 20-dək uzadılır. Bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları aprelin 21-dək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə qalacaq.