Bakı və Sumqayıta gələn ara və köməkçi yollarda da postlar qurulub
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün xüsusi karantin rejimi elan edilib. Bu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu məqsədlə paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu istiqamətindəki yollarda polis əməkdaşları tərəfindən stasionar postlar fəaliyyət göstərir. Bakı-Ələt, Bakı-Quba və Bakı- Şamaxı yollarında yaradılan postlarda Baş Dövlət Yol Polisi İdarəsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları sutkalıq xidmət aparırlar. Həmin məntəqələrdə hər hansı neqativ halın baş verməməsi üçün stasionar postlardakı vəziyyətə Təhlükəsiz Şəhər Xidmətinin kameraları vasitəsi ilə real vaxt rejimində nəzarət olunur.
Qeyd edək ki, xüsusi karantin rejimi elan ediləndən bu günədək stasionar postlarda bölgələrdən gələn 6164 avtomobilin paytaxt, eləcə də Sumqayıt şəhəri və Abşeron rayonu ərazinə daxil olmasının qarşısı alınıb. Həmçinin bu müddət ərzində müəyyən edilmiş tələblər çərçivəsindən kənar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan bölgələrə doğru hərəkət etməyə çalışan 1746 nəqliyyat vasitəsi geri qaytarılıb.
Təəssüflə qeyd edək ki, bəzi sürücülərin xüsusi karantin rejiminin tələblərindən yayınaraq magistraldan kənarda olan ara və köməkçi yollardan istifadə etməklə paytaxta, Sumqayıt şəhəri və Abşeron rayonuna keçməyə cəhd göstərməsi hallarına da rast gəlinir. Belə neqativ hərəkətlərin qarşısının alınması üçün DİN rəhbərliyinin göstərişi ilə ara və köməkçi yollarda da postlar təşkil olunub. Bu postlarda Daxili Qoşunların və ərazi polis orqanlarının əməkdaşları fasiləsiz xidmət aparırlar.
Füzulidən Şuşaya çəkilən "Zəfər yolu" sentyabrınadək istifadəyə veriləcək
Sabah Şəhidlər Xiyabanının ziyarəti fərqli qaydada təşkil ediləcək
İşğaldan azad edilmiş əraziləri prezidentin xüsusi nümayəndələri idarə edəcək
Füzuli rayonunun Şəkərcik kəndinin videogörüntüləri yayıldı
Sabah paytaxtda sulu qar, qar yağacaq
İranda daha 87 nəfər koronavirusdan dünyasını dəyişib
Bu gün ölkə ərazisində temperatur daha 4-5° aşağı enəcək
Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
Jurnalistlər binasından verilən 20 mənzil geri alınacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan prezidenti indoneziyalı həmkarına başsağlığı verib
Tehranda Azərbaycan-İran əlaqələri müzakirə edilib
Azərbaycan nefti 55,37 dollara satılır
Pərviz Şahbazov BBEA-nın 11-ci Assambleyasında iştirak edib
Yol polisi sürücülərə müraciət etdi
Hirkan Milli Parkında baş vermiş yanğın 6-cı gündə söndürüldü
Xınalıqda 15 sm qar yağdı, temperatur -7°-yə endi
Bakıda mənzildən qadın meyiti tapılıb
Belarus dünya çempionatı keçirməkdən məhrum edildi
Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb
Almaniyanın xarici işlər naziri Türkiyədə səfərdədir
Mədəniyyət Nazirliyi Bakıdakı alman kilsəsi haqda videoçarx hazırlayıb
Nazir şəhid olan Daxili Qoşunların hərbçilərinin sayı açıqladı
Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib
Laçının gəzməli-görməli yerləri haqda videoçarxı hazırlanıb