logo

Dünyanın idman təşkilatları Tokio Yay Olimpiya Oyunlarını təxirə salmağa çağırırlar

18:21 22-03-2020 | icon 861
Dünyanın idman təşkilatları Tokio Yay Olimpiya Oyunlarını təxirə salmağa çağırırlar

Dünyanın bir çıx idman təşkilatları qlobal pandemiya şəraitində “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınmasına çağırırlar.

 YeniAvropa  Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, belə bir çağırışla ABŞ-ın Üzgüçülük Federasiyası çıxış edib. Bu federasiya qlobal pandemiya ilə əlaqədar olaraq bütün dünyada vəziyyətin gərginləşməsini nəzərə almağa və “Tokio 2020” Olimpiadasını bir il müddətinə təxirə salmağa çağırıb. Federasiyanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, amerikalı idmançılar pandemiya qorxusuna görə böyük təzyiq altındadırlar və narahatlıq keçirirlər. Lakin əslində yarışlar zamanı idmançıların sağlamlığı və rifahı əsas prioritetlərdən biri olmalıdır.

ABŞ-ın Yüngül Atletika Federasiyası da bu ölkənin Olimpiya və Paralimpiya Komitəsini “Tokio 2020” Oyunlarının təxirə salınması ideyasına dəstək verməyə çağırıb.

Xatırladaq ki, martın 20-də Norveçin Olimpiya və Paralimpiya Komitəsi pandemiya tam nəzarətə alınmayadək Oyunların təxirə salınmasının vacibliyini bildirib.

Bununla yanaşı, İspaniya və Braziliya Olimpiya komitələri də Tokio Olimpiadasının təxirə salınması barədə bəyanatlarla çıxış ediblər.