logo

Paytaxtda naməlum avtomobilin vurduğu piyada hadisə yerində öldü

19:55 20-03-2020 | icon 343
Paytaxtda naməlum avtomobilin vurduğu piyada hadisə yerində öldü

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, paytaxtın Nizami rayonunun B.Çobanzadə küçəsində yolu keçən 40-45 yaşlı kişi naməlum avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.