“Light” markalı xam neftin bir barrelinin qiyməti son 18 ildə ilk dəfə 25 dollardan aşağı enib.
YeniAvropa xəbər verir ki, hazırda “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 23,80 dollara alıcı axtarır. Bu, 2002-ci ildən bu vaxtadək ən aşağı səviyyədir.
“Brent” neftinin bir barreli isə Londonun ICE birjasında 27,07 dollara satılır.