logo

UEFA "Evro-2020"ni 1 il müddətinə təxirə saldı

21:20 17-03-2020 | icon 3248
UEFA "Evro-2020"ni 1 il müddətinə təxirə saldı

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tərəfindən  2020-ci il 12 iyun-13 iyul tarixində keçirilməsi planlaşdırılın sayca 16-cı Avropa çempionatı koronavirus pandemiyasına görə 1 il təxirə salındı.

 YeniAvropa qurum saytına istinadla xəbər verir ki, çempionat gələn il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Məlumatda qeyd edilir ki, UEFA bilet sahibi olanlara 2021-ci ildə turnirin oyunlarını izləyə bilməyəcəkləri təqdirdə ödədikləri məbləğin tam şəkildə qaytarılacağına zəmanət verib.

Gələn ay ərzində bu proses barədə elektron poçt və “euro2020.com/tickets” keçidi vasitəsilə əlavə məlumat veriləcək.

Xatırladaq ki, UEFA-nın keçmiş prezidenti Mişel Platininin təklifinə əsasən Avropa çempionatlarının 60 illiyi ilə əlaqədar olaraq yalnız bir dəfə turnirin 12 müxtəlif Avropa ölkələrdə keçirilməsi planlaşdırılırdı.Oyunların keçiriləcəyi bütün nəhəng stadionlar artıq  qrup mərhələsi, yarımfinal və final oyunlarını qıbul etməyə hazırlıq vəziyyətinə gətirilmişdi.

 

"Evro-2020"nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaqdı. Oyunlara 3 kateqoriya üzrə biletlər də satılmışdı. Biletlərin qiyməti 125 avro, 75 avro və 30 avro dəyərində idi.

Püşkatmaya görə  Bakıda A qrupunda yer alan komandalar: Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandalarıı mübarizə aparacaqdı.Oyunların təqvimi isə belə idi: 
13 iyun, saat 17:00
Uels - İsveçrə
17 iyun, saat 20:00
Türkiyə - Uels
21 iyun, saat 20:00
İsveçrə - Türkiyə
4 iyul, saat 20:00
1/4 final oyunu
 
Elşən Balayev