Koronavirusa görə "Azercell" xidmət mərkəzləri xüsusi iş rejiminə keçdi
Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, həmçinin, dövlət və özəl sektora aid qurumların fəaliyyəti üçün xüsusi qaydaların işlənib hazırlanmasına dair qərarına uyğun olaraq “Azercell Telekom” MMC öz ofis və xidmət mərkəzlərində xüsusi iş rejimini tətbiq edir.
YeniAvropa xəbər verir ki, Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, "Azercell Eksklüziv" və "Azercell Ekspres" ofisləri, eləcə də, "Azercell"in rəsmi diler məntəqələri fəaliyyətini davam etdirərək hər gün 09:00-dan 18:00-a qədər müştərilərə xidmət göstərəcək. Eyni zamanda, virusdan qorunmaq məqsədilə bütün ofislər qoruyucu maska, əlcək, antiseptik vasitələrlə təmin edilir, ofislərdə mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir.
Bununla yanaşı, ölkədə tətbiq olunan qabaqlayıcı tədbirləri nəzərə olaraq Azercell Telekom öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının movcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:
Qeyd etmək lazımdır ki, yaranmış vəziyyətlə bağlı Şirkətin fəaliyyətində müştəri məmnuniyyətinə təsir edə biləcək heç bir texniki problem və ya ləngimə nəzərdə tutulmur və "Azercell"in bütün texniki heyəti, Müştəri Xidmətləri Mərkəzləri, həmçinin, məsul vəzifələri icra edən departament rəhbərləri və şirkət prezidenti xüsusi iş rejimində fəaliyyətlərini davam etdirəcəklər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır