logo

28 May küçəsi 3 gün bağlı qalacaq- dəmir yolu körpüsü sökülür

15:13 06-03-2020 | icon 2373
28 May küçəsi 3 gün bağlı qalacaq- dəmir yolu körpüsü sökülür

Paytaxtın Nəsimi rayonu, 28 May küçəsində dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi ilə məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, məhdudlaşma martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.