logo

İlham Əliyev İsmayıllı rayonuna yeni icra başçısı təyin etdi

14:58 05-03-2020 | icon 2128
İlham Əliyev İsmayıllı rayonuna yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev martın 5-də İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Nahid Rza oğlu Bağırov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bu gün imzaladığı digər bir sərəncamla isə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.