logo

Keçmiş məhkumdan 1 kq-dan çox marixuana götürülüb

13:55 04-03-2020 | icon 1897
Keçmiş məhkumdan 1 kq-dan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Qurbanov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 40 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.