logo

Prezident İlham Əliyev Ağstafada bir sıra obyektlərin açılışında iştirak edib

10:59 04-03-2020 | icon 1904
Prezident İlham Əliyev Ağstafada bir sıra obyektlərin açılışında iştirak edib

Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfəri çərçivəsində bir sıra obyektlərin açılışında iştirak edib.  

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezidenti İlham Əliyev rayona səfəri çərçivəsində əvvəlcə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov müəssisədə yaradılan şərait barədə prezidentə məlumat verib.

Prezidenti İlham Əliyev daha sonra Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı prezidentə məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Ağstafa rayonuna səfəri çərçivəsində prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında da iştirak edib.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov prezidentə raport verib. Sonra prezident hərbi hissədə yaradılan şəraitlə tanış olub.