logo

İstanbulda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyuldu

20:17 03-03-2020 | icon 2310
İstanbulda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyuldu

İstanbulda martın 10-dək bütün kütləvi tədbirlərin, o cümlədən mitinq və nümayişlərin keçirilməsinə qadağa qoyulub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb. Bildirilib ki, hər növ mitinq, yürüş, mətbuat açıqlamaları, imza kampaniyaları, stend, şəhərdə broşür paylama və sairə bu kimi tədbirlər də daxil olmaqla bütün kütləvi tədbirlərə müvəqqəti qadağa qoyulub.

Qeyd edilib ki, məhdudlaşdırma tədbiri son zamanlar baş verən hadisələrlə bağlı şifahi və fiziki təxribat hadisələrinin ola biləcəyini nəzərə alaraq, ictimai asayişin qorunması məqsədilə tətbiq edilir.