logo

AFFA Millətlər Liqasının püşkatma mərasimində təmsil olunacaq

14:15 03-03-2020 | icon 2744
AFFA Millətlər Liqasının püşkatma mərasimində təmsil olunacaq

Martın 3-də Niderlandın paytaxtı Amsterdamda UEFA Millətlər Liqası turnirinin 2020-2021-ci il mövsümünün püşkatma mərasimi keçiriləcək.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak edəcəklər.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00 başlayacaq.