logo

Meriya Şah İsmayıl Xətainin heykəlinin sökülməsinə münasibət bildirib

15:12 01-03-2020 | icon 1918
Meriya Şah İsmayıl Xətainin heykəlinin sökülməsinə münasibət bildirib

Bakı Şəhər İcra Hakimiyyəti Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı açıqlama yayıb.

Qurumun Mətbuat Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Şah İsmayıl Xətainin heykəlinin iki magistral yolun ortasında yerləşməsi, buranın ziyarət üçün uyğunsuz olması ilə bağlı müxtəlif müraciətlər daxil olurdu. Bununla əlaqədar görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb. Heykəlin qarşısında il boyu qulluq olunacaq yaşıllıq salınıb. Bütün bunlar görkəmli tarixi şəxsiyyətin heykəlinin yeni səviyyədə təqdim olunmasına imkan verəcək.

Digər tərəfdən, Xətainin heykəlinin götürülməsi Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən yol-nəqliyyat qovşağının yaradılmasına imkan verəcək ki, bu da ərazidə olan tıxacların qarşısının alınmasına şərait yaradacaq.