logo

Rusiya Türkiyəyə başsağlığı verdi

16:56 28-02-2020 | icon 2275
Rusiya Türkiyəyə başsağlığı verdi

Rusiya tərəfi türk hərbçilərinin Suriyada həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, rəsmi Moskva İdlibdə sabitliyi qoruyan türk əsgərlərinin təhlükəsizliyinin təmin olunması üçün əlindən gələni əsirgəmir və Rusiya hərbçiləri bu işi davam etdirməyə hazırdırlar.