logo

Bərdədəki qətllə bağlı rəsmi açıqlama gəldi

11:59 28-02-2020 | icon 2184
Bərdədəki qətllə bağlı rəsmi açıqlama gəldi

Fevralın 27-də saat 22 radələrində Bərdə rayonunun Zümürxan kəndi ərazisində 1962-ci il təvəllüdlü Tahirə İbadovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə aşkarlanması barədə verilən məlumat əsasında polis və prokurorluq əməkdaşları tərəfindən dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və cəsədə baxış keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla 1995-ci il təvəllüdlü Cavid Rəncbərinin həmkəndlisi T.İbadovanı baş nahiyəsindən xəsarətlər yetirib boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

C.Rəncbəri Cinayət Məcəlləsinin həmin maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.