Ov mövsümü martın 7-də bitəcək
Martın 7-də rəsmi olaraq ov mövsümü bitəcək. Həmin tarixdən sonra ov icazələrinin verilməsi dayandırılacaq.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib. Onun sözlərinə görə, martın 7-dən növbəti ov mövsümünədək ovçuluq fəaliyyəti ilə məşğul olmaq qadağan ediləcək.
“Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü başladığından onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur. Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində açılması gözlənilir. Mövsüm başlayan zaman hər il olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub”, - deyə departamentin rəhbəri diqqətə çatdırıb.
H.Əlizadə bildirib ki, ötən illərlə müqayisədə 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Buna səbəb müraciətlərin çoxluğu olub: “Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən qeydə alınır. Statistikaya görə, gənclər ova meyil etmirlər. Daha çox 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri ovçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edirlər. Onu da qeyd edim ki, az sayda da olsa ovçu qadınlarımız da var”.
Departamentin direktoru ov qaydalarını pozan yerli və xarici vətəndaşların sayı haqqında da məlumat verib: “Son ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Belə ki, onlardan 10 nəfərinin Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət edilib. Ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının sayı isə 200-ə yaxındır. Onlar əsasən ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Ov qaydalarını pozan yerli vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimələniblər”.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır