logo

Anji Kaspşik Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib

16:09 27-02-2020 | icon 2163
Anji Kaspşik Zakir Həsənovla Qarabağdakı vəziyyəti müzakirə edib

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.