logo

Tehranda Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib

22:55 26-02-2020 | icon 1869
Tehranda Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehranda ikinci iclası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.