logo

Qazaxıstan İrana uçuşları dayandırır

17:29 26-02-2020 | icon 2562
Qazaxıstan İrana uçuşları dayandırır

Qazaxıstan martın 1-dən İrana aviareysləri dayandırır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Qazaxıstan baş sanitar həkimi Jandarbek Bekşin KİV-ə müsahibəsində İranda olan Qazaxıstan vətəndaşlarını martın 1-dək ölkəyə qayıtmağa çağırıb. 

Qeyd edək ki, daha əvvəl Qazaxıstanın baş sanitar həkimi vətəndaşları Yaponiya, İtaliya, Sinqapur, Cənubi Koreya, Tailand, Malayziya kimi ölkələrə getməməyə, aldıqları təyyarə biletlərini geri qaytarmağa çağırmışdı.

O, həmçinin bildirib ki, idarələrarası komissiyanın iclasında bu ölkələrə uçuş üçün alınan biletlərin dəyərinin vətəndaşlara qaytarılması barədə qərar qəbul olunub.