logo

Hacıqabulda mikroavtobus piyadanı vuraraq öldürdü

21:44 23-02-2020 | icon 3948
Hacıqabulda mikroavtobus piyadanı vuraraq öldürdü

Bakı-Qazax yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, hadisə Hacıqabul rayonunda baş verib. 

Padarçöl kəndində “Mercedes” markalı mikroavtobus yolu keçmək istəyən naməlum piyadanı vurub. Zərbənin təsirindən piyada hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.