logo

Lerikdə avtomobil dərəyə aşdı:2 nəfər öldü, 5 nəfər yaralandı

13:58 22-02-2020 | icon 3549
Lerikdə avtomobil dərəyə aşdı:2 nəfər öldü, 5 nəfər yaralandı

Bu gün Lerik rayonunun çətin keçilən Orand dağ kəndi ərazisində baş verən ağır avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

 YeniAvropa xəbər verir ki, hadisə zamanı avtomobildə bir ailənin 6 üzvü olub. Onlar kənddən "UAZ" markalı avtomobillə rayon mərkəzinə gedərkən yolun buz bağlaması səbəbindən qəzaya düşüblər. "UAZ"ın yoldan çıxaraq dərəyə aşması nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. Qəza nəticəsində xəsarət alanlardan Elnarə Hacıbaba qızı Rəhimli (1993-cü il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017-ci il təvəllüdlü) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qəzada travma alan  "UAZ" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.