logo

"Azercell" yeni "010" prefiksini yaxın iki həftəyə istifadəyə veriləcək

14:48 21-02-2020 | icon 2709
"Azercell" yeni "010" prefiksini yaxın iki həftəyə istifadəyə veriləcək

"Azercell Telekom" şirkəti yaxın iki həftə ərzində yeni "010" prefiksini istifadəyə verməyi planlaşdırır.

YeniAvropa xəbər verir ki, bu barədə  "Azercell"in prezidenti Vahid Mürsəliyev  bu gün "Boulvard hotel"də təşkil olunan  şirkətinin 2019-cu ilin yekunlarına dair təşkil olunan konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, şirkətin şəbəkəsi texniki olaraq buna tam hazırdır. "Yeni prefiks həm yerli operatorlar tərəfindən, həm də rouminq tərəfdaşlarının şəbəkəsində tanınmalıdır. Yerli operatorlar tərəfindən prefiks, demək olar ki, tanınıb. Bəzi texniki məsələlər bitən kimi biz bunu bazara çıxaracağıq. Söhbət bir neçə gündən, bir və ya iki həftədən gedə bilər",-deyə Vahid Mürsəliyev vurğulayıb.