logo

Nazim Babayev Fransada Yay  Olimpiya Oyunlarına vəsiqə uğrunda yarışacaq

12:55 19-02-2020 | icon 2793
Nazim Babayev Fransada Yay  Olimpiya Oyunlarına vəsiqə uğrunda yarışacaq

Fevralın 19-da Fransanın Lievin şəhərində keçiriləcək “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirdə Azərbaycan idmançısı, Avropa çempionu Nazim Babayev də iştirak edəcək.

YeniAvropa xəbər verir ki, turnir bu ii Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançımız 17,14 metr nəticə göstərərsə “Tokio 2020” lisenziya qazanacaq.

Qeyd edək ki, N.Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan çempionatında qızıl medal qazanaraq Azərbaycan bayrağını zirvələrə qaldırıb.