logo

Prezidentin səs verdiyi dairənin məntəqələrində də pozuntular olub

19:28 18-02-2020 | icon 1960
Prezidentin səs verdiyi dairənin məntəqələrində də pozuntular olub

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail seçki dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

YeniAvropa xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov araşdırmanın üç istiqamətdə aparıldığını deyib: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və dairə seçki komissiyasından alınan protokollar. Vurğulayıb ki, şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə araşdırılıb.

MSK üzvü aparılmış araşdırmanın nəticəsi olaraq, 1, 5, 9, 11, 17, 25 saylı məntəqələrdə seçkilərin nəticələrinin etibarsız sayılmasına əsas yaradan faktlar olduğunu deyib.

Beləliklə, MSK 29 saylı Səbail seçki dairəsinin qeyd edilən məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunması ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, bir qayda olaraq, prezident İlham Əliyev ailə üzvləri ilə birgə 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verirlər.