logo

Qərbi Azərbaycanda 1 metr qar yağıb

15:15 18-02-2020 | icon 2345
Qərbi Azərbaycanda 1 metr qar yağıb

İranın Qərbi Azərbaycan vilayətinin Piranşəhər əyalətinə güclü qar yağıb. Bəzi yerlərdə qarın hündürlüyü 1 metrdən çoxdur.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, qar yağması nəticəsində yollar, məktəblər, dövlət və özəl müəssisələr fəaliyyətlərini müvəqqəti olaraq dayandırıb.

Hazırda əyalətdə yolların açılması və əhaliyə yardım göstərilməsi istiqamətində iş aparılır.