logo

"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb

10:08 18-02-2020 | icon 3556
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.

YeniAvropa xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Qeyd edək ki, bu gün səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində güclü yanğın baş verib. Yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər. Məlumata görə yanğın bazarın ayaqqabı, pal-paltar və digər məişət mallarının satıldığı 7-ci və 8-ci sıralarını əhatə edib. Bu sıralarda çoxlu sayda mağazanın yandığı bildirilir,