logo

Xalq artisti xəstəxanadan evə buraxılıb

15:13 17-02-2020 | icon 2065
Xalq artisti xəstəxanadan evə buraxılıb

Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə aktyorun qızı Leyli Dadaşova məlumat verib. Onun sözlərinə görə, hazırda atasının vəziyyəti bir qədər sabitdir: "İndi atam evdədir, xəstəxanadan yeni çıxarmışıq. Müalicələrini evdə davam etdirir”.

L.Dadaşova bildirib ki, həkimlər Rafael Dadaşova ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu qoyublar.

Xatırladaq ki, xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu tərəfindən aparılır. 

Qeyd edək ki, Rafael Dadaşov xərçəng xəstəliyindən əziyyət çəkir.