logo

Seçkilərii 210-dan çox beynəlxalq müşahidəçi izləyəcək

13:51 23-01-2020 | icon 2121
Seçkilərii 210-dan çox beynəlxalq müşahidəçi izləyəcək

Son məlumata görə, Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkiləri izləmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

YeniAvropa "secki-2020.az" saytına istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

Beynəlxalq müşahidəçilərin müraciətlərini ünvanlamaqda davam etdiklərini bildirən R.Qasımov deyib : “Ümid edirik ki, beynəlxalq müşahidəçilərin sayı daha da artacaq. Bildiyiniz kimi, seçkilərdə bütün respublika ərazisində müşahidə aparmaq üçün ərizələr Mərkəzi Seçki Komissiyasına səsvermə gününə 10 gün qalmışa qədər davam edir. Beynəlxalq müşahidəçilərin də akkreditasiyası üçün son vaxt da məhz həmin gündür. Bu günlərdə onların sənədlərinin Mərkəzi Seçki Komissiyasına daxil olması daha da intensivləşəcək”, - deyə R.Qasımov bildirib.