logo

Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi

18:49 13-01-2020 | icon 637
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif olunub.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev  yanvarın 13-də “X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.