“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq qaynar xətt” xidmətinə 2019-cu ildə 5061 müraciət daxil olub
Fəaliyyət dövrü ərzində daim sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi “Uşaq qaynar xətt” xidməti 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
YeniAvropa xəbər verir ki, uUşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, ehtiyac olduğu halda müraciət edənlərin reabilitasiya mərkəzlərinə, digər xidmətlərə yönləndirməsi və təxirəsalınmaz köməyin göstərilməsi məqsədilə yaradılan “Uşaq qaynar xətt” xidməti 2019-cu il ərzində 5061 zəng qəbul edib. Müraciətlərin 435-i psixoloji, 622-si hüquqi, 2776-sı təhsil, 247-si səhiyyə, 387-si sosial, 594-ü isə digər məsələlərə aiddir. Onu da vurğulayaq ki, ilboyu mərkəzə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Belarus, Bolqarıstan, Lüksemburq və Özbəkistandan da zənglər daxil olub. Müraciətlər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib.
Qeyd edək ki, yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığının qorunmasına xüsusi önəm verən “Azercell” şirkətinin təşəbbüsü ilə 2019-cu ildə “Uşaq qaynar xətt” xidməti üçün “116-111” qısa nömrəsı ayrılıb. Bununla da, dəstəyə ehtiyacı olan gənclərə “qaynar xətt”in əməkdaşları ilə daha rahat əlaqə qurmaq imkanı təqdim edilib. Xatırladaq ki, hələ 2017-ci ildə “Azercell”in dəstəyi və təşəbbüsü ilə “Uşaq qaynar xətt” xidmətinin “Android” və “iOS” əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilməklə, xidmətin dünyanın istənilən nöqtəsində əlçatanlığı təmin olunub.
“Uşaq qaynar xətt” xidməti “Azercell Telekom”un dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə çalışır. Xidmətə günün istənilən vaxtında (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və “116-111” nömrələri vasitəsilə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən ödənişsiz olaraq müraciət etmək mümkündür.
Daha ətraflı məlumatı “[email protected]” ünvanından əldə etmək olar.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır